21 Noyabr 2019, Cümə axşamı - 15:28

D.Rikkardo: “Ferstappendən qorxmuram”

D.Rikkardo: “Ferstappendən qorxmuram”

Müəllif: Rauf Hacıyev, redaktor

14:46 - 21 İyul, 2016

Daniel Rikkardo bildirib ki, komanda yoldaşı Maks Ferstappendən qorxmur və əlavə edib ki, ancaq köpək balığından və ilandan qorxur…

F-1.az xatırladır ki, Ferstappen Red Bull-a İspaniya QP-dən etibarən qoşulub və bu müddət ərzində 77 xal topladığı halda, Rikkardo 64 xal toplayıb.

Amma avstraliyalı sürücü bildirib ki, Ferstappendən qorxmur: “O, bu templə getsə, növbəti 5-10 il ərzində daha güclü olsa, onda çox qorxulu olacaq. Amma mən ancaq köpək balıqları və ilanlardan qorxuram. Buna görə də problem yoxdur”.

Rikkardo Ferstappenin gerisində qaldığı üçün heç bir bəhanə gətirməyəcəyini və holllandiyalı ilə arasının yaxşı olduğunu deyib: “Ferstappenin daha çox xal qazanmasından narahat deyiləm. O çox işləyir və bundan xəbərdaram. Bu il yarış qazandı və bir neçə dəfə podiuma yüksəldi. Bunu demək xoşuma gəlməsə də, dürüst olmalıyıq. İndiyə qədər ən azı bir qələbə qazana bilərdim. Rəqabətədavamlı olsam da, pis vaxta düşdüm. Bəxt məndən üz döndərdi. O isə daha cəld tərpənərək, özünü sübut etdi. Əgər onu məğlub etmək istəyirəmsə, bəhanələr gətirməyəcəm. O məndən sürətlidir və məndən çox xal qazandı. Amma çox vaxt yaxın idik. Komanda daxilində problem yoxdur. Sadəcə əlimizdən gələni edirik. Bunu edirəmsə, sürətli olaram”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər , ,
Paylaş

logo