M.Arrivabene: “Qaydalar hamıya məlumdur”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivanene bildirib ki, Ferstappenə verilən cəza tamamilə doğrudur.

F-1.az xatırladır ki, yarışın son dövrəsində 3-cü yer uğrunda mübarizədə Ferstappen Rəykköneni qabaqlamış, amma daha sonra stüardlar hollandiyalı sürücünün trası kəsdiyini əsas gətirərək, gənc sürücüyə 5 saniyə cəza vermişdilər.

Mauritsio Arrivabene: “Sebastyan yaxşı start alaraq, liderliyə yüksəldi. Kimi isə güclü komanda yoldaşı olduğunu göstərdi. Hər iki sürücümlə də qürur duyuram. Podium Kimi üçün sürpriz deyil. Əgər 4 təkərlə də trasdan çıxıb üstünlük qazansanız, cəza alarsınız. Amma Kiminin belə asan təslim olması mənə qəribə gəldi. Podiuma layiq idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*