Rəsmən: Avstraliya Qran Prisi ləğv olunub

Avstraliya Qran Prisi ləğv olunub.

F-1.az xatırladır ki, Melburndakı yarışla mövsüm başlamalı idi, amma pandemiyaya görə tədbir təxirə salınmışdı.

Avstraliya yarışının təşkilatçıları və Formula1 rəhbərliyi təəssüf hissi ilə elan ediblər ki, Melburnda Albert Parkda bu ildə yarış keçirilməyəcək. Əlbəttə, əsas səbəb koronavirus və logistik çətinliklərdir.

Buna baxmayaraq, F1-in baş direktoru Stefano Domenikali bildirib ki, planda nəzərdə tutulduğu kimi mövsümü 23 yarışla bağlamaq mümkündür: “Avropada ehtiyat traslarımız var, başqa variantlar da var, ona görə əsas məqsədimiz dəyişməz qalır – mövsümdə 23 yarış keçirməliyik…”

Qeyd edək ki, Avstraliyada F1 yarışından iki həftə əvvəl keçirilməsi planlaşdırılan MotoGP yarışı da ləğv olunub – onu Portuqaliyada daha bir yarışla əvəz edəcəklər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*