Avstraliya-2022: Üçüncü sərbəst yürüşlər

Komandalar cümə günü yeni trasa tam uyğunlaşa bilməyiblər. Risklər nəzərə alınaraq sonradan əlavə edilən 4-cü DRS zonası ləğv edilib.

F-1.az bildirir ki, trasın vəziyyəti rezin qatına görə yaxşılaşıb, lakin trayektoriyadan kənarda asfalt sürüşkən olaraq qalıb. Yenə də xüsusilə yavaş maşınları keçməyə cəhd edərkən bir sıra qəzalar baş verib.

20-ci dəqiqədə Həmilton çınqıllığa düşüb, əvvəlcə sarı bayraqlar göstərilsə də, daha sonra sessiya qırmızı bayrqlarla dayandırılıb. Daha sonra Fettel 10-cu dövrədə qəza edib, divarla toqquşmadan sonra maşının ön asılqanı qırılıb. Alman sürücünün bu il bəxti gətirmir – ilk 2 yarışı koronavirusa görə buraxmalı olub, dünənki ilk məşqlərdə normal işləyə bilsə də, ikinci məşqlərdə güc qurğusuna görə boksu tərk edə bilməyib. Bu gün də qəzaya görə proqramı yarımçıq qalıb.

Növbəti qırmızı bayraqlar isə yekuna 5 dəqiqə qalmış Ləns Strollun 11-ci döngədəki qəzasına görə çıxıb. Aston Martin təsnifat mərhələsinə qədər hər iki maşını bərpa etməlidir.

Protokollara 1:19.117-lik nəticə ilə Lando Norris başçılıq edib.

Bakı vaxtı ilə 10:00-da olduqca maraqlı bir sıralanma turu bizi gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 4 Lando Norris McLaren 1:19.117 12
2 16 Şarl Lekler Ferrari 1:19.249 + 0:00.132 15
3 11 Serxio Peres Red Bull 1:19.265 + 0:00.148 17
4 14 Fernando Alonso Alpine 1:19.275 + 0:00.158 15
5 55 Karlos Sayns Ferrari 1:19.419 + 0:00.302 17
6 3 Daniel Rikkardo McLaren 1:19.693 + 0:00.576 14
7 1 Maks Ferstappen Red Bull 1:19.809 + 0:00.692 16
8 44 Lyuis Həmilton Mercedes AMG 1:19.896 + 0:00.779 13
9 77 Valtteri Bottas Alfa Romeo 1:20.008 + 0:00.891 17
10 22 Yuki Tsunoda AlphaTauri 1:20.071 + 0:00.954 12
11 63 Corc Rassell Mercedes AMG 1:20.096 + 0:00.979 16
12 10 Pyer Qasli AlphaTauri 1:20.133 + 0:01.016 14
13 31 Esteban Okon Alpine 1:20.205 + 0:01.088 14
14 47 Mik Şumaxer Haas 1:20.692 + 0:01.575 17
15 24 Quanyu Çjou Alfa Romeo 1:20.836 + 0:01.719 16
16 23 Aleksander Elbon Williams 1:20.958 + 0:01.841 16
17 20 Kevin Maqnussen Haas 1:21.025 + 0:01.908 14
18 6 Nikolas Latifi Williams 1:21.050 + 0:01.933 14
19 18 Ləns Stroll Aston Martin 1:21.636 + 0:02.519 11
20 5 Sebastyan Fettel Aston Martin 5
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*