12 Dekabr 2018, Çərşənbə - 08:04

McLaren Group-un strukturunda dəyişiklik edilib

McLaren Group-un strukturunda dəyişiklik edilib

Müəllif: Rauf Hacıyev, redaktor

12:13 - 12 Aprel, 2018

McLaren şirkətinin quruluşu dəyişdirilib və Zek Braun McLaren Formula1 komandasına rəhbər seçilib.

F-1.az bildirir ki, McLaren Group artıq 3 bölmədən ibarət olacaq. Bunlar McLaren Applied Technologies, McLaren Automotive və McLaren Racing-dir.

Xatırladaq ki, şirkət əvvəllər McLaren Applied Technologies və McLaren Avtomotiv olmaqla iki hissəyə ayrılırdı – birincinin tərkibində yarış, marketinq və texnologiya şöbələri var idi.

Yeni quruluşdan sonra Conatan Nil McLaren Group-un, Zek Braun isə McLaren Racing-in rəhbəri təyin olunublar. Mayk Flyuit McLaren Automotive-in rəhbəri kimi qalacaq. McLaren Applied Technologies şöbəsinin başına isə yeni biri təyin ediləcək. McLaren komandasının yarış direktoru Erik Bulyenin vəzifəsində isə dəyişiklik olmayacaq və Zek Braunun nəzarətində qalacaq.

McLaren Group-un prezidenti Şeyx Muhammed bin Əssa əl Xalifa bu barədə belə danışıb: “Keçən il qrup olaraq yenidənqurma işlərinə və McLaren-in böyüməsinə fokuslandıq. Yeni quruluş daha bəsit iş mexanizmi üçün yaradılıb”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 127
Teqlər , , , , , , , , ,
Paylaş

logo