Z.Braun Zaydldan razıdır

McLaren komandasının sahibi Zek Braun düşünür ki, Formula1-də ən yaxşı komanda rəhbəri Andreas Zaydldır.

McLaren komandasının sahibi Zek Braun düşünür ki, Formula1-də ən yaxşı komanda rəhbəri Andreas Zaydldır.

F-1.az xatırladır ki, McLaren keçən mövsüm 2012-ci ildən sonra ilk qələbəsini qazanıb.

Zek Braun: “Andreas çiynimdəki bütün yükü götürdü. Əla iş gördü. Məncə, o, Formula1-dəki ən yaxşı komanda rəhbəridir.

Yarış komandasını o idarə edir. Bir-birimizi yaxşı tamamlayırıq. Mənim də, onun da gördüyümüz işlər var, amma çox yaxşı yola gedirik. Bir yerdə işləməkdən həzz alırıq. Bu yaxşı performans hesabına komanda yaxşı nəticələr qazanır”.

Qeyd edək ki, Zaydl komandaya 2019-cu ilin yanvarında gəlib və yenidənqurma işlərində vacib rol oynayıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*