K.Sayns: Yeniliklər işləmir

McLaren komandasının sürücüsü Karlos Sayns yeniliklərdən narazı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ayfel yarışına 10-cu yerdən başlayacaq.Karlos Sayns: “Üçüncü sərbəst yürüşlərdən etibarən boliddə narahat idim. Sıralanma turunda təkmilləşdim, amma işlər qaydasında deyildi. Nə deyəcəyimi bilmirəm. Çünki yeniliklərdən sonra sürətlənməyi gözləyirdim. Amma Lando da Rusiyada yenilikləri götürdükdən sonra çətinlik çəkmişdi. Bunları təhlil etməliyik.

Bəlkə də, cümə sərbəst yürüşləri olmadığı üçün geridə qaldıq. Hazırda müəmmalı məqam çoxdur. İstədiyimiz yerdən çox uzaqdayıq.

Qapalı sahə qaydalarına görə maşında heç nəyi dəyişə bilmərik. Buna görə də yarışda mühəndislər məlumat yığmağa çalışacaq. Mənim üçün yaxşı gün olmadı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*