14 Dekabr 2018, Cümə - 10:02

Əbu Dabidə Alonsonun maşını xüsusi rənglərə boyanacaq

Əbu Dabidə Alonsonun maşını xüsusi rənglərə boyanacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:24 - 21 Noyabr, 2018

Qarşıdakı Əbu Dabi yarışı Fernando Alonsonun Formula1-də sonuncu yarışı olacaq. Bu faktı xüsusi qeyd etmək istəyən McLaren komandası Alonsonun maşınını xüsusi rəngələrə boyayıb.

F-1.az bildirir ki, McLaren-in ənənəvi rəng çalarına motor qapağının üzərində  mavi, qırmızı və sarı zolaqlar əlavə olunub. Sürücünün dəbilqəsində görmətə adət etdiyimiz bu rənglər Alonsonun vətənini – İspaniyanın şimalında yerləşən Asturiya əyalətinin rəngləridir. Bundan başqa, maşının önündə və yan hissələrində FA hərflərini də görmək olar.

Zek Braun: “Mən çox şadam ki, bu həftə Alonsoya belə bir rəngli maşın hazırlamışıq. Biz istəyirik ki, bu yarış Alonso üçün hər mənada yaddaqalan olsun.

Biz Alonso, FİA və Formula1-lə birlikdə yalnız bir maşında rəng çalarını dəyişməyi qərara aldıq, hamı bizi dəstəklədi. Ümid edirik ki, bizim bu qərar azarkeşləri də sevindirəcək, Alonso isə bu rəngli maşınla karyerasını daha parlaq başa vuracaq!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər ,
Paylaş

logo