F.Alonso Macarıstanda xal almaq istəyir

Fernando Alonso bildirib ki, Macarıstan trasının quruluşu McLaren Honda üçün əlverişlidir və burada xal almaq mümkündür.

F-1.az xatırladır ki, McLaren Britaniyada zəif performans göstərmişdi – Batton 12-ci, Alonso isə 13-cü yeri tutmuşdular.

Alonso son xallarını Monakoda alıb və o gündən etibarən iki ay keçsə də, ispaniyalı sürücü hələ də xal ala bilməyib. Alonso Macarıstanda uğursuzluğa son vermək istəyir: “Macarıstan trası başqa traslardan bəzi xüsusiyyətlərinə görə fərqlənir. Bura mükəmməl trasdır. Tras Qran Pri yarışları üçün tikilsə də, quruluşu şəhər tipli trasları xatırladır. Bu trasda boliddən maksimumu almaq istəyirsinizsə, bütün diqqətinizi toplamalısınız. Yaxşı nəticə qazanmaq üçün döngələrə aqressiv daxil olmaq lazımdır. Buna görə də bu trasda yüksək asfalta yatma qüvvəsinə sazlanma etməlisiniz. Bu trasda sürmək çox əyləncəlidir.

Bu tras mühərriyə tələbkar deyil, amma bura yavaş tras da deyil. Ümid edirəm ki, həftəsonunun əvvəlindən yaxşı dövrələr vurarıq və boliddən maksimumu çıxararıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*