K.Sayns: “Daha güclü olmalıyıq”

Avstraliya yarışında komanda olaraq əla iş görən Toro Rosso 8-ci və 9-cu yerləri tutub. Karlos Sayns boliddən təsirləndiyini deyib.

F-1.az xatırladır ki, italyanlar qış testlərində də gözəl performans göstərmiş, amma etibarlılıq cəhətdən pis təsir bağışlamışdılar. Amma Toro Rosso komandası sıralanma turunda hər iki sürücüsü ilə də son sessiyaya qala bilib və yarışda Karlos Sayns 8-ci, Daniil Kvyat 9-cu olublar.

Karlos Sayns: “Burada 8-cilik əla nəticədir. Pit-stoplardan sonra yerimizi Peresə verdiyimiz üçün məyusuq, amma əlimizdən heç nə gəlmir. Ümumilikdə güclü performans göstərərək, iki bolidlə də xal aldıq və mövsümə əla başlanğıc etdik. İndi isə məqsədimiz bu tempi daha da artırıb, daha yaxşı nəticələr almaqdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*