24 Avqust 2019, Şənbə - 13:06

K.Sayns: “Qürur duymalıyıq”

K.Sayns: “Qürur duymalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

12:14 - 19 Fevral, 2019

McLaren komandasının sürücüsü Karlos Sayns testlərin ilk günündən sonra xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü günün ilk yarısında 56 dövrə vursa da, nahardan sonra bolid pit çıxışında dayanıb və mexaniklər maşını itələyərək boksa gətiriblər. Buna baxmayaraq, 24 yaşlı sürücü C3 təkərlərlə gözəl performans göstərib və 119 dövrə vuraraq günü ikinci yerdə bitirib.

Karlos Sayns: “Komandadakı bütün işçilər xoşbəxt olmalıdır. Qış fasiləsindəki əməyimiz bəhrəsini verdi. Nahardan sonra yarış tempində işlədik. Günü isə qırmızı bayraqla bitirdik. Trasda olan hər kəs xoşbəxtdir. Ancaq Uokinqdəki insanları da unutmamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 193
Teqlər , ,
Paylaş

logo