N.Hülkenberq: “Ön qrup çox uzaqdadır”

Renault komandasının sürücüsü Niko Hülkenberq öndəki üç komandanın əlçatmaz olduğunu deyib.

F-1.az xatırladır ki, əksəriyyət Avstraliyada orta qrupdakı komandaların ilk üçlüyə yaxınlaşacağını düşünsə də, yenə keçənilki ssenari davam edib.

Niko Hülkenberq: “Ön qrup bizdən çox uzaqdadır. Qış tətilində fərqi azaltmaq üçün çox işləsək də, fərq daha da artdı. Bu yaxşı hal deyil. Çox işləməliyik. Orta qrup komandaları ən xırda detalda belə geridədirlər. Həm mühərrik, həm aerodinamika, həm şassi, həm də mexaniklər cəhətdən çox geridəyik. Lakin bolidimizin yaxşı təməli var. Qrojan və Maqnussen mübarizəni dayandırmamışdan əvvəl onlarla və McLaren-lə eyni tempdə idik. Bu il yaxşı bolidimiz var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*