R.Kubitsa Formula1-ə qayıdır?

Sabiq Formula1 sürücüsü Robert Kubitsa yenidən Formula1-də çıxış etmək üçün hazırdır.

F-1.az xatırladır ki, polşalı sürücü 2008-ci ildə Kanada yarışını qazanmış və 2011-ci ildə rallidə ağır qəza etdikdən sonra Formula1 karyerasını bitirməyə məcbur olmuşdu.

Kubitsa bundan sonra uzun müddət WRC-də çıxış edərək keçən il tras yarışlarına geri dönmüşdü və bu il də ByKolles komandası ilə WEC-də çıxış edəcək.

Kubitsa 2010-cu ildən bəri bir neçə dəfə simulyatorda işləsə də, Formula1 bolidi sürməyib. Amma polşalı bildirib ki, bir neçə dəfə test təklifi gəlsə də, özünü yaxşı hiss etmədiyi üçün bunları geri çevirib. Lakin 32 yaşlı sürücü artıq test etməyə hazırdır: “Üç il əvvəl mənə test təklifi gəldi. Amma o vaxtı bunu etmək gücüm yox idi və özümə güvənmirdim. Bu cür şans əlimizə bir dəfə düşür. Lakin həmişə özümə əmin olmaq istədim və o zaman özümə əmin deyildim. Buna görə də testi istəmədim.

Amma hazırkı vəziyyətdə cavabım fərqli olardı. Formula1 bolidini idarə etmək istəyərəm. Uzun müddətdir ki, onları sürmürəm və buna görə də özümü isbat etməliyəm. Amma düşünürəm ki, yaxşı işlər görəcəm. Formula1 həyəcanını yenidən yaşamaq istəyirəm. Formula1 simulyatorunda çox işləmişəm və inanıram ki, Formula1 traslarının 80 faizində yarışa bilərəm. Özü də bu testlər yarış həftəsonuna görə tamamilə fərqli olur.

Formula1-dəki son 3 ilimdə mükəmməl performans göstərdim. İndi o səviyyədən bir az geridəyəm. Renault ilə 2010-cu ildə heç bir səhv etmədiyimi düşünürəm və bu performans səviyyəsinə çatmaq üçün çox işləməlisiniz. Rallidə də ən yaxşı performansı göstərmək üçün darıxmışam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*