21 Sentyabr 2019, Şənbə - 17:22

K.Maqnussen niyə qəzəblənib?

K.Maqnussen niyə qəzəblənib?

Müəllif: Rauf Hacıyev, redaktor

16:22 - 05 Mart, 2017

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, 2017-ci il onun üçün son şans deyil.

F-1.az xatırladır ki, danimarkalı sürücü 2014-cü ildə McLaren komandasında debüt etmiş və birillik fasilədən sonra 2016-cı ildə Renault komandasına getmişdi. Amma Maqnussen 2016-cı ilin sonunda Renault-dan ayrılaraq, 2017-ci ildə Haas komandasına transfer olunmuşdu.

Maqnussen mətbuatın onun haqqında “bu il son şansıdır” xəbərlərinə qəzəblənib və bu xəbərlərlə razı olmadığını bildirib: “Sözün açığı, bu xəbərləri görəndə təəccübləndim. Mövzu ilə bağlı şərh vermək istəmirəm. Bu idmanda olmağa layiqəm. Haas komandası mənə bu şansı verdiyi üçün sevincliyəm. Burada da uğurlu olmaq üçün əlimdən gələni edəcəm. Keçən il əla işlər gördülər və artıq Formula1-də lazımi təcrübəyə yiyələləniblər. Məni də israrla istədikləri üçün burada xoşbəxtəm. Məqsədim gözləntilərə qarşılıq verməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 435
Teqlər , , ,
Paylaş

logo