Lyuis Həmilton: “Hər şey çox yaxşı keçdi. Bazar ertəsi Frederiklə danışdıq və vəziyyəti açıq şəkildə müzakirə etdik. Əlbəttə, baxışlarımız fərqli ola bilər, amma sonda hər zaman ortaq məxrəcə gələ və bundan sonra necə irəliləməli olduğumuzu anlaya bilirik.
Bu, son 15 ayda qazandığımız ən böyük nailiyyətlərdən biridir. Komandanın daxilində çox yaxşı ünsiyyət qurmuşuq və Şarlla da münasibətim eynidir. Formula1-in tarixinə baxsaq, belə halların daha əvvəl də yaşandığını görərik, buna görə baş verənlərdə qeyri-adi heç nə yoxdur.
Komanda yoldaşları arasında mübarizə qaydalarına gəlincə, bu mövzunu müzakirə etməmişik. Düşünürəm ki, nə vaxtsa nəyisə necə daha yaxşı etmək barədə mütləq danışacağıq, amma hazırda buna sadəcə vaxtımız olmayıb. Belə məsələləri iki günə dəyişmək mümkün deyil.
Bu həftəsonunadək artıq heç nəyi dəyişmək olmaz. Bu məsələdə həddindən artıq çox incə məqam var, çox sayda insan prosesə cəlb olunub, üstəlik müəyyən ənənələr və komanda mədəniyyəti illər ərzində formalaşıb. Peres bunu bir anda dəyişmək sadəcə mümkün deyil. Buna görə addım-addım irəliləmək lazımdır və hər şey də söhbətdən başlayır.
Əvvəlcə problemin olduğunu qəbul etmək lazımdır. Komandanın daxilində biz bunu artıq etmişik. İndi isə birlikdə həll yolu tapmaq və konkret nələri yaxşılaşdıra biləcəyimizi anlamaq qalır. Belə şeylər bir gecəyə dəyişmir. Şübhəsiz ki, müxtəlif variantları sınayacağıq və ilk mərhələdə hər şey ideal işləməyəcək. Amma zaman keçdikcə həqiqətən ehtiyac duyduğumuz nöqtəyə çatacağıq”.
Lyuis əlavə edib ki, komanda yoldaşı ilə də söhbəti olub: “Ən çox xoşuma gələn o oldu ki, heç kim bu söhbətdən yayınmadı. İkimiz oturduq, açıq və dürüst danışdıq, bu məsələni bağladıq və yolumuza davam edə bilərik.
Düşünürəm ki, bu, onun yetkinliyini göstərir və münasibətlərimiz üçün ən doğru yanaşma da məhz budur. Biz bu münasibətləri uzun müddət ərzində qurmuşuq. Əlbəttə, qıcıq və məyusluq anları olacaq. Əminəm ki, belə vəziyyətlər yenə yaranacaq, çünki sürət baxımından mənimlə Şarl bir-birimizə çox yaxınıq.
Hər ikimiz eyni dərəcədə qalib gəlmək istəyirik və hər ikimiz komandaya fayda və uğur qazandırmaq istəyirik”.





