L.Həmilton Formula E-də yarışacaq?

Mercedes komandasının sürücüsü Lyuis Həmilton gələcəkdə Formula E-də yarışmaq barədə düşünür.

F-1.az xatırladır ki, Formula1-dən təqaüdə çıxan əksər sürücülər hazırda güclərini Formula E-də sınayırlar.

Lyuis Həmilton: “Bu barədə düşünürəm. İndiyə kimi Formula1-ə fokuslanmışam. Səkkiz yaşımdan yarışıram və bir gün idmandan ayrılmaq üçün səbəblərim olacaq. O zaman mənim üçün Formula1 bitəcək. Fernando Alonso hələ də başqa seriyalarda yarışır, Kimi Rəykkönen də var qüvvəsi ilə mübarizə aparır.

Formula E gələcəkdə istedadımı göstərəcəyim yer ola bilər. Amma yaşlandıqca motivasiyanız azalır və yeni hobbilər tapmalı olursunuz. Əminəm ki, maşınları həmişə sevəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*