L.Həmilton Şumaxerin onillik rekordunu təkrarlayıb

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton Meksika Qran Prisində qalib gəlməklə qələbələrin sayına görə təkcə Alen Prosta çatmayıb. Britaniyalı sürücü həm də əfsanəvi Mixael Şumaxerin bir rekordunu təkrarlayıb.

F-1.az xatırladır ki, Rodriqes Qardaşları trasında Lyuis 51-ci qələbəsini qazanmaqla Alen Prosta çatıb. Bazar gününə qədər Meksikada qələbə qazanmayan Lyuis artıq 23 yarış meydançasında podiumun yüksək pilləsinə qalxıb.

“Qırmızı Baron” ləqəbli Şumaxer 2006-cı ildə sonuncu 91-ci qələbəsini Çinin Şanxay trasında qazanmışdı, həmin qələbə Mixael üçün 23-cü fərqli trasda qeyd olunmuşdu.

Xatırladaq ki, çempionatın növbəti yarışı Braziliyanın İnterlaqos trasında baş tutacaq və 10-cu dəfə bu trasa gələcək Həmilton hələ bu trasda qələbəyə sevinməyib. Əgər bu il Lyuis İnterlaqosda birinci olsa, Şumaxerin onillik rekordu təzələnəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*