24 May 2019, Cümə - 17:11

Macarıstan Qran Prisi: Sıralanma turu

Macarıstan Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:16 - 29 İyul, 2015

Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +52° C Hunqarorinqdə ötmək çox çətindir, ona görə də sıralanma turu həftəsonunun […]

Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +52° C

Hunqarorinqdə ötmək çox çətindir, ona görə də sıralanma turu həftəsonunun həlledici sessiyası sayılır, hərçənd, Macarıstanda son on ildə yalnız 3 dəfə poulun sahibi qələbə qazanıb və hər üç halda Lyuis Həmilton qələbəyə sevinib. Britaniyalı sürücü məşqlərin bütün sessiyalarında protokollara başçılıq edib – qüvvələr nisbəti isə keçən ili xatırladıb: bu trasda motorun gücü vacib olmadığı üçün Red Bull liderə yaxın olub…

Pirelli keçənilki kimi bu dəfə də Macarıstana Medium və Soft tərkiblərini gətirib – bərk təkərlərlə bütün maşınlar trasda sürüşüblər, yumşaq təkərlər isə problem yaşamayıblar, həm də Soft təkərlərin üstünlüyü keçənilkindən də çox olub: bir dövrədə 2 saniyə. Şənbə həftəsonunun ən isti günü olub, asfaltın temperaturu +50 dərəcəni keçib, amma Medium-un qızıdırlmasına yenə də bir neçə dövrə lazım olub.

Sessiyaya bir çox sürücülər bərk təkərlərlə başlasalar da, tezlikə Rikkardodan başqa hamı yumşaq təkərlərə keçib. Yumşaq təkərlərlə Lyuis protokollara başçılıq edib – 1:22.890. Mübarizəni isə Manor və Sauber sürücüləri ilə birlikdə Censon Batton dayandırıb – britaniyalı sürücünün maşınında ERS işləmədiyi üçün start-finiş düzlüyündə vaxt itirib.

İkinci sessiyanın əvvəlində Censonun komanda yoldaşı Fernando Alonso da mübarizəni dayandırıb – ispaniyalı sürücünün maşını pit-leynin girişinə yaxın dayanıb. İkiqat dünya çempionu əvvəlcə özü maşını itələməyə başlayıb, sonra marşallar da ona qoşulublar. Qırmızı bayraqlar sessiyanın 4 dəqiqə dayandırılmasını bildirib.

Restartdan sonra Həmilton protokollara başçılıq edib – 1:22.285, Hülkenberq, Sayns, Peres, Maldonado və Alonso isə mübarizəni dayandırıblar.

Son sessiyada ilk cəhdinə Həmilton, Rosberq, Kvyat və Qrojan işlənmiş təkərlərlə çıxıblar, Ferstappen isə heç çıxmayıb. Sonra isə hamı yeni təkərlərlə çıxıb və Həmilton karyerasında 47-ci, mövsümdə 9-cu və Macarıstanda 5-ci poulunu qazanıb. Sabah yarışın startında birinci cərgəni onunla bərabər komanda yoldaşı Niko Rosberq bölüşəcək. Arxadan isə Fettel və Rikkardo ilk döngəyə lider kimi daxil olmağa çalışacaqlar. F-1.az xatırladır ki, Formula1 yarışı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMercedes AMGMercedes011:22.890011:22.2851:22.020
02N.RosberqMercedes AMGMercedes021:22.979021:22.7751:22.595+ 0.575
03S.FettelFerrariFerrari031:23.312031:23.1681:22.739+ 0.719
04D.RikkardoRed BullRenault121:24.408041:23.2301:22.774+ 0.754
05K.RəykkönenFerrariFerrari051:23.596051:23.4601:23.020+ 1.000
06V.BottasWilliamsMercedes061:23.649061:23.5551:23.222+ 1.202
07D.KvyatRed BullRenault041:23.587071:23.5971:23.332+ 1.312
08F.MassaWilliamsMercedes081:23.895081:23.5981:23.537+ 1.517
09M.FerstappenToro RossoRenault091:24.032091:23.7811:23.679+ 1.659
10R.QrojanLotusMercedes111:24.242101:23.8051:24.181+ 2.161
11N.HülkenberqForce İndiaMercedes101:24.115111:23.826
12K.SaynsToro RossoRenault151:24.623121:23.869
13S.PeresForce İndiaMercedes131:24.444131:24.461
14P.MaldonadoLotusMercedes071:23.895141:24.609
15F.AlonsoMcLarenHonda141:24.56315
16C.BattonMcLarenHonda161:24.739
17M.EriksonSauberFerrari171:24.843
18F.NasrSauberFerrari181:24.997
19R.MerhiManorFerrari191:27.416
20U.StivensManorFerrari201:27.949

Macarıstan Qran Prisi: Sıralanma turu

Macarıstan Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:55 - 28 İyul, 2013

Quru. Günəşli. Havanın temperaturu +33° C, trasın temperaturu +51° C Macar trasında ötmək olduqca çətindir, ona görə də sərbəst yürüşlərdə […]

Quru. Günəşli. Havanın temperaturu +33° C, trasın temperaturu +51° C

Macar trasında ötmək olduqca çətindir, ona görə də sərbəst yürüşlərdə komandalar sıralanma turuna sazlanma axtarışına üstünlük veriblər. Hərçənd, son 10 ildə yalnız dörd dəfə pouldan start alan sürücü qələbə qazanıb.

Silverstounda təkər problemindən sonra Pirelli şirkəti təkərləri dəyişib – Nürburqrinqdə kevlar təbəqəli keçid versiyadan istifadə olunmuşdu, Macarıstanda isə komandalar tamamilə yeni təkərlər alıblar, bu təkərlərdən mövsümün sonuna qədər istifadə olunacaq.

Hunqarorinqdə sıralanma turu yeni təkərlərin peletonda qüvvələr nisbətini dəyişməsinə cavab olmalı idi – amma temperaturun həddindən çox yüksək olması bəzi komandaları çətin vəziyyətə salıb.

Serxio Peres bu gün səhər sərbəst yürüşlərin sonunda qəzaya uğrayıb, onun mexanikləri çox çalışıblar və sıralanma turunun birinci sessiyasının sonuna meksikalı sürücünü trasa buraxa biliblər. Birinci sessiyada protokollara niko Rosberq başçılıq edib – 1:20.350, mübarizəni isə Caterham və Marussia sürücüləri ilə birlikdə Qutyerres və di Resta dayandırıblar.

İkinci sessiyada sürətlər artıb. Üç sürücücü 80 saniyədən sürətli olub, protokollara isə yenə də Rosberq başçılıq edib – 1:19.778. Mübarizəni isə Sutil, Hülkenberq, Batton, Vern, Maldonado və Bottas dayandırıblar.

Son sessiyada Peres trasa ağ (Medium) təkərlə çıxıb, digər sürücülər isə sarı (Soft) təkərlərə üstünlük veriblər. Uebber trasa çıxmayıb – hələ 2-ci sessiyada onun maşınında KERS imtina edib. Fettel ilk cəhdində çox sürətli olub – 1:19.506, ikinci cəhdində Fettel daha sürətli olsa da, sonda Həmilton karyerasının 30-cu, mövsümdə isə 4-cü poulunu qazanıb – 1:19.388.

Sabah yarışın startına ilk cərgədən Həmilton və Fettel, ikinci cərgədən Qrojan və Rosberq, üçüncü cərgədən isə Alonso və Rəykkönen çıxacaqlar. Yarış çox maraqlı olacaq!

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMercedes AMGMercedes021:20.363021:19.8621:19.388
02S.FettelRed BullRenault041:20.646031:19.9921:19.426+ 0.038
03R.QrojanLotusRenault031:20.447041:20.1011:19.595+ 0.207
04N.RosberqMercedes AMGMercedes011:20.350011:19.7781:19.720+ 0.332
05F.AlonsoFerrariFerrari051:20.652051:20.1831:19.791+ 0.403
06K.RəykkönenLotusRenault071:20.867061:20.2431:19.851+ 0.463
07F.MassaFerrariFerrari081:21.004071:20.4601:19.929+ 0.541
08D.RikkardoToro RossoFerrari121:21.181091:20.5271:20.641+ 1.253
09S.PeresMcLarenMercedes161:21.612101:20.5451:22.398+ 3.010
10M.UebberRed BullRenault131:21.264081:20.503
11A.SutilForce İndiaMercedes151:21.471111:20.569
12N.HülkenberqSauberFerrari091:21.028121:20.580
13C.BattonMcLarenMercedes101:21.131131:20.777
14J.E.VernToro RossoFerrari141:21.345141:21.029
15P.MaldonadoWilliamsRenault061:20.816151:21.133
16V.BottasWilliamsRenault111:21.135161:21.219
17E.QutyerresSauberFerrari171:21.724
18P.di RestaForce İndiaMercedes181:22.043
19Ş.PikCaterhamRenault191:23.007
20Q.van der QardeCaterhamRenault201:23.333
21J.ByankiMarussiaCosworth211:23.787
22M.ÇiltonMarussiaCosworth221:23.997

Macarıstan Qran Prisi: Sıralanma turu

Macarıstan Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:19 - 01 Avqust, 2012

Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +46° C Mövsümün gedişində komandalar maşınlarını ciddi təkmilləşdiriblər, amma Silverstoun və Hokkenhaymda […]

Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +46° C

Mövsümün gedişində komandalar maşınlarını ciddi təkmilləşdiriblər, amma Silverstoun və Hokkenhaymda sıralanma turu yağışlı olmuşdu və qüvvələr nisbətini real qiymətləndirmək mümkün olmamışdı. Hunqarorinqdə isə sıralanma turu quru havada baş tutub.

Asfaltın temperaturu +46 dərəcəyə çatıb, belə bir vəziyyətdə komandalar Pirelli təkərlərinin dar işçi diapazonuna düşmək üçün əllərindən gələni ediblər. Xatırladaq ki, bu dəfə təkər şirkəti komandalara əvvəlki illərdən fərqli olaraq Medium və Soft tərkiblərini təqdim edib.

Birinci sessiya insidentsiz ötüşüb, ortabab komandalar ikinci cəhdlərində Soft təkərlərinə keçiblər, ona görə də mübarizə gərgin olub. Protokollara Medium təkərlərlə Lyuis Həmilton başçılıq edib – 1:21.794, mübarizəni isə “yeni” komandaların sürücüləri ilə birlikdə Daniel Rikkardo dayandırıb. Bütün sürücülər 107%-lik səddi aşdıqları üçün sabah yarışın startına buraxılıblar.

İkinci sessiyada hamsı Soft təkərlərinə keçib və yendə protokollara Həmilton başçılıq edib – 1:21.060, mübarizəni isə Uebber, di Resta, Rosberq, Peres, Kobayaşi, Vern və Şumaher dayandırıblar. Əlbəttə, hər iki Mercedes AMG sürücüsünün son sessiyaya keçməməsi gözlənilməz olub.

Sonda sürücülər müxtəlif taktikadan yararlanıblar – bəziləri iki cəhd ediblər, bəziləri isə bir cəhd zamanı iki ardıcıl sürətli dövrə ediblər. Poulu isə Lyuis Həmilton qazanıb – 1:20.953, bu, britaniyalı sürücünün mövsümdə 3-cü, karyerasında 22-ci və McLaren üçün 15-ci podiumdur. Sabah onun yanında yarışa Roman Qrojan başlayacaq, arxadan isə Fettel və Batton liderliyi ələ almağa çalışacaqlar…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMcLarenMercedes011:21.794011:21.0601:20.953
02R.QrojanLotusRenault131:22.755091:21.6571:21.366+ 0.413
03S.FettelRed BullRenault171:22.948021:21.4071:21.416+ 0.463
04C.BattonMcLarenMercedes031:22.028071:21.6181:21.583+ 0.630
05K.RəykkönenLotusRenault091:22.234051:21.5831:21.730+ 0.777
06F.AlonsoFerrariFerrari051:22.095061:21.5981:21.844+ 0.891
07F.MassaFerrariFerrari081:22.203041:21.5341:21.900+ 0.947
08P.MaldonadoWilliamsRenault121:22.475031:21.5041:21.939+ 0.986
09B.SennaWilliamsRenault101:22.271101:21.6971:22.343+ 1.390
10N.HülkenberqForce İndiaMercedes071:22.176081:21.6531:22.847+ 1.894
11M.UebberRed BullRenault161:22.829111:21.715
12P.di RestaForce İndiaMercedes021:21.912121:21.813
13N.RosberqMercedes AMGMercedes041:22.079131:21.895
14S.PeresSauberFerrari061:22.110141:21.895
15K.KobayaşiSauberFerrari151:22.801151:22.300
16J.E.VernToro RossoFerrari141:22.799161:22.380
17M.ŞumaherMercedes AMGMercedes111:22.436171:22.723
18D.RikkardoToro RossoFerrari181:23.250
19H.KovalaynenCaterhamRenault191:23.576
20V.PetrovCaterhamRenault201:24.167
21Ş.PikMarussiaCosworth211:25.244
22T.QlokMarussiaCosworth221:25.476
23P.de la RosaHRTCosworth231:25.916
24N.KartikeyanHRTCosworth241:26.178

Macarıstan Qran Prisi: Sıralanma turu

Macarıstan Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:22 - 23 Avqust, 2011

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +30° C Son Qran Prilərdə qüvvələr nisbətinə əsas təsir edən faktor hava […]

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +30° C

Son Qran Prilərdə qüvvələr nisbətinə əsas təsir edən faktor hava amili olub – təkərləri gec qızdıran maşınlar isti havada üstünlük qazanıblar və əksinə. Bir həftə əvvəl Nürburqrinqdə hava soyuq idi, Macarıstana komandalar praktiki olaraq eyni maşınları gətiriblər, sadəcə aerodinamik yüklənmə artırılıb. Hunqarorinqdə hava isti olduğundan sıralanma turu qüvvələr nisbətindəki dəyişiklikləri aşkar göstərməli idi.

Dünən Red Bull sürücüləri sürət çatışmazlığından gileylənmişdilər və komanda mövsümdə ilk dəfə “komanedant saatı”nı pozmalı olub, mexanik və mühəndislər toplanmış məlumatı təhlil edərək yaranmış problemləri həll etməyə çalışıblar: bu gün səhər Fettel hamıdan sürətli olub.

İlk sessiyada mübarizəni yeni komandaların sürücüləri ilə birlikdə Sebastyen Buemi dayandırmalı olub, protkollara isə Fernando Alonso başçılıq edib. Bütün sürücülər 107%-lik səddi keçə biliblər. İkinci sessiyada liderlər SuperSoft-a keçiblər və sürətlər artıb, protokollara yenə də Alonso başçılıq edib. Mübarizəni isə di Resta, Petrov, Kobayaşi, Haydfeld, Barrikello, Algersuari və Maldonado dayandırıblar.

Son sessiyada poula namizədlər iki cəhd ediblər, Sutil, Şumaher və Rosberq təkərə qənaət edərək bir cəhd ediblər, Peres isə heç bir nəticə göstərməyib. Mübarizə gərgin olub, amma poul yenə də Red Bull-a qismət olub – Sebastyan Fettel Həmiltonu cəmi 0.163 saniyə qabaqlaya bilib. İkinci və üçüncü yeri McLaren sürücüləri, dördüncü və beşinci yerləri isə Ferrari sürücüləri tutublar – Felipe Massa mövsümdə birinci dəfə komanda yoldaşını qabaqlaya bilib. Start maraqlı olacaq…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault31:21.74041:21.0951:19.815
02C.BattonMcLarenMercedes21:21.63661:21.1051:19.978+ 0.163
03L.HəmiltonMcLarenMercedes41:22.03821:20.5781:20.024+ 0.209
04F.MassaFerrariFerrari51:22.13051:21.0991:20.350+ 0.535
05F.AlonsoFerrariFerrari11:21.57811:20.2621:20.365+ 0.550
06M.UebberRed BullRenault61:22.20831:20.8901:20.474+ 0.659
07N.RosberqMercedes GPMercedes101:22.99671:21.2431:21.098+ 1.283
08A.SutilForce İndiaMercedes71:22.23791:22.0001:21.445+ 1.630
09M.ŞumaherMercedes GPMercedes81:22.87681:21.8521:21.907+ 2.092
10S.PeresSauberFerrari121:23.067101:22.157
11P.di RestaForce İndiaMercedes91:22.976111:22.256
12V.PetrovLotus Renault GPRenault131:23.070121:22.284
13K.KobayaşiSauberFerrari151:23.278131:22.435
14N.HaydfeldLotus Renault GPRenault111:23.024141:22.470
15R.BarrikelloWilliamsCosworth141:23.075151:22.684
16X.AlgersuariToro RossoFerrari161:23.285161:22.979
17P.MaldonadoWilliamsCosworth171:23.84717
18S.BuemiToro RossoFerrari181:24.070
19H.KovalaynenTeam LotusRenault191:24.362
20Y.TrulliTeam LotusRenault201:24.534
21T.QlokMarussia VirginCosworth211:26.294
22V.LiutsiHispaniaCosworth221:26.323
23D.RikkardoHispaniaCosworth231:26.479
24J.D’AmbrozioMarussia VirginCosworth241:26.510

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 560
Teqlər , , , , ,
Paylaş

logo