Y.Ferstappen: “Həmilton oğlumdan qorxur”

Maks Ferstappenin atası Yos Ferstappen düşünür ki, Lyuis Həmilton onun oğlundan qorxur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son 4 yarışın 2-də qalib gəlib və bir dəfə ikinci olub. Hazırda Həmiıtondan 68 xal geri qalan Maks turnir cədvəlində üçüncü yerdədir.

Yos Ferstappen: “Həmilton oğlumdan qorxur. Maksın yarışlarını görəndə bunu anlaya bilərsiniz. Niyə dedi-qodulara cavab verdi? Honda mühərriyinin Mercedes-inkindən yaxşı olduğunu dedi, ancaq düzlüklərdəki fərqi görürsünüz”.

, ,