L.Həmilton McLaren-in performansından razıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, McLaren-in performansının yaxşı olmasına görə sevinib.

F-1.az xatırladır ki, McLaren bu il testlərdə daha etibarlı təsir bağışlayıb və komandanın əsas hədəfi qələbə qazanmaqdır.

Lyuis Həmilton: “Onları yuxarı pillələrdə görmək məni sevindirdi. Fernando bolidin şəklini paylaşanda gördüm və artıq yeni rənglə daha gözəl görünürlər. Keçənilki görüntüsü haqqında yaxşı sözlər deyə bilməzdim. Buna görə də hər şey yaxşıdır. Dostlarıma da bolidi bəyəndiyimi demişəm. McLaren həmişə zirvədə olmalıdır və çətin illərdən sonra yenidən yaxşı vəziyyətdədirlər. Gözəl bolidlər sürətli olur. Ümid edirəm ki, mübarizəyə qayıdarlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*