T.Volff komandasını tənqid edib

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, hazırkı performansları çox bərbaddır.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Monako və Bakı yarışlarından cəmi 7 xal toplaya biliblər. Buna görə də növbədəki Fransa yarışı çempionluq uğrunda mübarizə üçün çox vacib olacaq.

Toto Volff: “İşlər heç də qaydasında getmir. Hazırda ən yaxşı performansımızı göstərmirik. bolidimiz sürətli olsa da, həm sıralanma turunda, həm də yarışda sazlanma tapa bilmədik. Çempionluq uğrunda mübarizədə önə keçmək üçün təkmilləşməliyik. Tezliklə işə başlamaq istəyirəm! Monako və Bakıdakı kimi xallar itirə bilmərik. Bu, yol verilməzdir.

Çox çətin həftələr keçirdik, çünki Valtteri Monakoda podiuma gedərkən, 36 saatlıq pit-stop etdik və bu, uğur deyil. Bolidimiz Bakıdakı heç bir sessiyada belə yaxşı yer tuta bilmədi. Buna görə də Hamiltonun üçüncü olması bizim üçün sevindirici hal ola bilərdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*