L.Həmilton Ferrari-yə keçməklə bağlı nə düşünür

Sonuncu Dünya Çempionu Lyuis Həmilton bildirib ki, planları arasında Ferrari-yə keçmək yoxdur.

F-1.az xatırladır ki, britaniyalı sürücünün adı tez-tez Ferrari ilə hallanır.

Lyuis Həmilton: “Özümü Ferrari-də təsəvvür etmirəm və bunun dəyişəcəyini zənn etmirəm. Mercedes-lə 13 ildir ki, işləyirəm və bu, birdən-birə bitən deyil. Hər ikimiz bir-birimizdən razıyıq. Burada gördüyüm işlərdən qürur duyuram. Ümid edirəm ki, karyeramı Mercedes-də bitirə bilərəm.

Çempion olduqdan sonra üzərinizdəki təzyiq də artır, amma mən heç vaxt mübarizədən qaçmamışam və gələn il də var gücümlə yarışacam. Yaxşı komandamız var və güclü bolid hazırlayacaqlarına əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*