V.Bottas: Ən azından ilk cərgədəyəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas ən azından ilk cərgədə olduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Macarıstandakı sıralanma turunda komanda yoldaşı Həmiltondan 0.3 saniyə geridə qalaraq, ikinci olub.

Valtteri Bottas: “Hər şey yaxşı idi. ikinci sessiyada Medium təkər istifadə edəndə tempimi itirdim. Daha sonra Soft təkərlərlə tempimi bərpa etmək çətin oldu, çünki iki tərkib arasında asfaltla ilişmə fərqi çoxdur. Lakin ən azından ilk cərgədəyəm və son sessiyada Lyuis daha yaxşı dövrə vurdu. İki Mercedes-i ön cərgədə görmək gözəldir

Sabah bizi həyəcanlı yarış gözləyir. Red Bull Soft təkərlərlə başlayır və biz Mediumlardayıq. Gözəl mübarizə izləyəcəksiniz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*