L.Həmilton: İstedadımı itirməmişəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, istedadını itirməyib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu 2022-ci ildə qələbəsiz qalmış və mövsümü 6-cı yerdə bitirmişdi.

Lyuis Həmilton: “Keçmişdə titullar qazanmağımızın səbəbi var idi. Bu istedadınını bir gündə itirmirsiniz. İşlədiyim hamıya güvənirəm. Komanda təkmilləşir və yeni mühəndislər gəlir.

Komandanın mənə isbatlayacağı heç nə yoxdur. Əvvəlki illərdə əsl gücümüzü göstərmişik. Bütün iş proseslərini inkişaf etdiririk. İşlərə daha ağıllı yanaşmağa və yaxşılaşdırmağa çalışırıq.

Komandadaxilində sinerji çox yaxşıdır və komanda üçün maraqlı dövrdəyik. Bu il daha realistik. Mövsümün əvvəlində sürətli olmasaq da, hədəfimiz liderlərə yaxınlaşmaqdır. Ümid edirəm ki, fərqi tez bağlayarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*