B.Ekklstoun Spanı sevir, amma qiyməti aşağı salmır

Dünya çempionatının təqvimində klassik avtodromlar az qalıb və onlardan da biri Spa-Frankorşamdır. Təəssüf ki, bu trasları təkcə Formula1 azarkeşlərinin və […]

Dünya çempionatının təqvimində klassik avtodromlar az qalıb və onlardan da biri Spa-Frankorşamdır. Təəssüf ki, bu trasları təkcə Formula1 azarkeşlərinin və sürücülərinin sevgiləri birləşdirmir – onların problemləri də oxşardır. Son illər Avropa yarışlarının təşkilatçıları ciddi iqtisadi çətinliklərlə üzləşirlər.

Amma Formula1-in kommersiya başçısı Berni Ekklstoun tras sahiblərinin üzərinə düşən maliyyə yükünü yüngülləşdirmək fikrində deyil: hər il yarışın keçirilməsi üçün onlar FOM-a milyonlarla vəsait ödəyirlər, ona görə də biletləri baha qiymətə satmalı olurlar. Yarışlara azarkeş marağının azalmasına əsas səbəblərdən də biri budur – Belçika Qran Prisinin populyarlığına baxmayaraq, bazar günü yarışa cəmi 55 min bilet satılıb…

Amma Ekklstoun isə əmindir ki, ənənəvi traslar dünyanın müxtəlif ölkələrində qurulan yeni avtodromlarla rəqabət etməlidirlər…

Berni Ekklstoun: “Mən Belçikanı sevirəm və gözəl ənənəvi Spa yarışını təvimdə saxlamaq istəyirəm.”

Mərhələnin promouterlərinin 2012-ci ilə kimi yarış keçirilməsi üçün müqaviləsi var, amma trasın yerləşdiyi Valloniya ərazisinin hökuməti yarışın xərclərinin bir hissəsini öz üzərlərinə götürə bilmir…

Berni Ekklstoun: “Bu normal vəziyyətdir. Digər ölkələrin hökumtələri daha çox pul verirlər və mənim Avropa xaricində yeni yarışların keçirilməsi üçün daha beş ərizəm var. Formula1 bahadır. Amma əgər siz Mercedes sürmək istəyirsinizsə, deməli, bunu özünüzə rəva görmək üçün kifayət qədər pul qazanmalısınız.”

İstisna olunmur ki, 2013-cü ildən sonra bu mərhələ digər bir Avropa yarışı ilə növbələşəcək, məsələn, Nürburqrinqlə…

Berni Ekklstoun: “Biz mümkün variantlar üzərində fikirləşirik. Amma heç bir qərar hələ qəbul olunmayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*