D.Rikkardo: “Maksimumu etdim”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Yaponiyada sıralanma turunda 4-cü olduğu üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 4-cü olsa da, Bottasın cəzasına görə yarışa 3-cü yerdən başlayacaq.

Daniel Rikkardo: “Son cəhdimdən sonra damalı bayrağı keçdiyimdə düşündüm ki, bundan yaxşısını edə bilməzdim. Limitlərdən sona qədər istifadə etdim və gözəl dövrə vurdum. Maks ilə bir-birimizə yaxın idik. Onu qabaqladığım üçün sevinirəm.

Valtterinin cəza alması da bizim üçün yerinə düşdü. Bunun hesabına həm 3-cü yerə yüksəldim, həm də təmiz tərəfdən start alacam. Beləliklə, yarışın əvvəlində yüksəlmə ehtimalım da çoxaldı.

Start çətin olacaq və ötmə etmək asan olmayacağı üçün müxtəlif strategiyalar görə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*