D.Rikkardo: “Üzüm yenidən gülür”

Daniel Rikkardo yarışı üçüncü yerdə bitirərək, yenidən podiuma yüksəlib. Rikkardo Macarıstanda bu mövsüm ikinci podiumunu qazanaraq yarışdan həzz aldığını deyib...

F-1.az bildirir ki, Rikkardo startda Mercedes-lərlə mübarizə aparıb. Rikkardo startda Rosberqi keçsə də, ikinci döngədə almaniyalının hücumuna cavab verə bilməyərək 3-cü yerə düşüb. Rikkardo yarışın ortalarında Mercedes-lərə xeyli yaxınlaşıb, amma pitə tez girərək səhv strategiya seçib və beləliklə, Mercedes-lərdən geri qalıb.

Buna baxmayaraq, Rikkardo 3-cü yerdən razı qalıb: “Bu mövsüm yenidən podiumda olmaq mükəmməldir. Bir yarış daha geridə qaldı və mən həzz aldım. Üzüm yenidən gülməyə başladı. Bu gün burada olduğum üçün xoşbəxtəm. Üç ildir ki, bu trasda podiuma çıxırıq. Bu mənim üçün əla oldu. Azarkeşlər inanılmaz idi. Hamısına təşəkkür edirəm. Hər gün bir az daha güclənirik və bu mükəmməldir. Buna görə də komandama təşəkkür edirəm”.

Qeyd edək ki, Rikkardo 15 xal qazanaraq, turnir cədvəlində yenidən 3-cü yerə yüksəlib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*