D.Rikkardo: “Mercedes sürətlidir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Kanadada rəqibləri Mercedes-i məğlub etmək çətin olacaq.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Kanadada cümə sərbəst yürüşlərində 1-ci və 3-cü olduqları halda, “gümüşü oxlar” 4-cü və 6-cı olublar.

Daniel Rikkardo: “Cümə günü Mercedes sürətli idi. Sərt təkərlə belə sürətli dövrələr vura bildilər. Burada onları məğlub etmək çətin olacaq. Lakin bolidi təkmilləşdirə bilərik. Daha çox dövrə vurub daha çox məlumat toplaya bilərik. Məncə, güclü olacağıq. Əsas mübarizə Ferrari olacaq. Lakin Mercedes sıralanma turunda çox güclü performans göstərəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*