D.Rikkardo: Fettel əsl dostdur

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Fettel həmişə ona dəstək olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2021-ci ildə McLaren-ə keçmiş və orada gözlənilən performansı göstərə bilməmişdi. Buna görə də Britaniya komandası növbəti mövsüm üçün Daniellə yolları ayırmağa qərar vermişdi.

Daniel Rikkardo: “Onun nə dediyini sizə deməyəcəm. Amma bu il əksər hallarda mənə zəng edərək maraqlandı. Əsl dost kimi mənim qayğıma qalırdı. Belə dostlar həmişə vacibdir və peletonda bu nadir hallarda olur.

Sürücülər olaraq həmişə yaxşı yola gedirik, ancaq yaxın dostluqlar həmişə olmur. Ondan belə yaxınlıq gözləmirdim. Bu sadəcə gözəl haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*