25 İyun 2019, Çərşənbə axşamı - 00:05

D.Rikkardo RB14-ün sürətlənməsini gözləyir

D.Rikkardo RB14-ün sürətlənməsini gözləyir

Müəllif: Rauf Hacıyev, redaktor

14:51 - 19 Mart, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Avstraliya yarışı üçün yeniliklər hazırlayırlar.

F-1.az xatırladır ki, komanda RB14-ün üzərində daha tez işləməyə başlamış və nəticədə qış testlərində sürətli və etibarlı təsir bağışlamışdı.

Daniel Rikkardo: “Bu il əvvəlki illərə nisbətən hazır vəziyyətdəyik. Çoxlu dövrə vurduq və bolidin tempi pis deyildi. Əlbəttə, bəzi sahələrdə təkmilləşməliyik və bu labüddür. Bolidi sürərkən onu yaxşı hiss edirəm və çox güvənirəm. Ferrari və Mercedes də sürətli olacaq. Digər komandalar da. Bəzi komandalar testlərdə yaxşı nəticələr göstərdilər. Melburn çox maraqlı olacaq.

Bəzən çox güclü olduğumuz halda, trasda çox zəif təsir bağışladıq. Hamının zəif və güclü vaxtları olur. Bəzən bir şey sınadığınız halda, işləməz. Bizim yeniliklər həmişə işlədi və çox həyəcanverici haldır. Avstraliyaya yeniliklərlə gələcəyik və ümid edirəm ki, bu detallar bolidi sürətləndirər. Mən də öz vətənimdə güclü olmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 198
Teqlər , , ,
Paylaş

logo