A.Prost: “Uaytinq açıqlama verməlidir”

Sabiq Formula1 sürücüsü Meksika yarışından sonra bildirib ki, Çarli Uaytinqin cavablandırmalı olduğu suallar var...

F-1.az xatırladır ki, yarışın startında Həmilton döngəni kəsmişdi. Yarışdan sonra isə Rikkardo bildirmişdi ki, britaniyalı sürücüyə cəza verilməlidir.

Amma avstraliyalı sürücü yarış vaxtı Ferstappenin trası kəsməyinə də münasibət bildirmiş və radiodan “niyə heç kim əyləcdən istifadə etmir? Startda Lyuis, indi dş Maks” deyərək, şikayət etmişdi.

Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost qaydaların sabit olmadığını və bunu həll etmək lazım olduğunu bildirib: “Bu vəziyyətdə sürücüləri mühakimə etmək istəmirəm. Sadəcə qaydalar dəqiq olmalıdır. Startda Lyuis səhv etdi və döngəni kəsərək, üstünlük qazandı. Daha sonra təhlükəsizlik avtomobilinə görə o üstünlük aradan qalxdı. Əgər təhlükəsizlik avtomobili olmasaydı, nələr olardı bilmirəm. Çarli Uaytinq və FİA bu mövzuda açıqlamalar verməlidirlər. Əks halda yarışa pouldan başlayan və birinciliyini itirmək istəməyən sürücülər ilk döngəni kəsəcəklər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*