Monakoda drenaj qapaqları qaynaqla bərkidilib

Censon Battonun sərbəst yürüşlərdə etdiyi qəzadan sonra Monako QP-nin təşkilatçıları dünən gecə bütün drenaj qapaqlarını qaynaqla bərkidiblər...

F-1.az xatırladır ki, Niko Rosberqin qaldırdığı drenaj sisteminin barmaqlıqlarından birinin qapağı trasın üzərində qalmışdı və arxadan gələn Battonun ön qanadını qırmışdı.

Formula1-in yarış direktoru Çarli Uaytinq qapaqların 4 yerdən qaynaqlanmasına baxmayaraq, zəif olduğunu görüb və bütün etibarsız qapaqlar yenidən qaynaq edilib. Beləliklə, Battonun qəzasına oxşar bir halın yaşanmayacağına ümid edilir.

Britaniyalı sürücünün komanda yoldaşı Fernando Alonso bildirmişdi ki, bu cür səhlənkarlıq qəbul edilməzdir: “Bu cür hadisə heç vaxt qəbul edilə bilməz. Sərbəst yürüşlərdən əvvəl trası gəzəndə bu detallar diqqətimizi cəlb etmədi. FİA bu cür detalları nəzərdən qaçırmamalı və hər şeyin təhlükəsizliyindən əmin olmalıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*