17 Dekabr 2018, Bazar ertəsi - 23:12

F.Alonso: “13-cü yer maksimumdur”

F.Alonso: “13-cü yer maksimumdur”

Müəllif: Rauf Hacıyev, redaktor

21:16 - 28 Aprel, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turunda maksimum nəticə əldə edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda 1:44.019 zaman nəticəsi ilə 13-cü yeri tutub. Lakin Hülkenberqin cəzasına görə yarışa 12-ci yerdən başlayacaq.

Fernando Alonso: “Sıralanma turunun ilk sessiyasında davamlı sarı bayraqlar çıxdığı üçün hər şey qarışıq idi. Sürətli dövrə vurmaq çox çətin idi. Yeni təkər dəstinə keçməli olduq və nəticə göstərə bilmədik. Buna görə də stress keçirdik. Axırda sürətli dövrə vuraraq, ikinci sessiyaya qaldıq. İkinci sessiyaya isə hazırlaşa bilmədik. Yenə də qazandığımız nəticə bizim real gücümüzü göstərir. Bundan yaxşısı mümkünsüz idi.

Yenə 13-cüyük və deyəsən yeni mövsümdə bu halla 3-cü dəfə qarşılaşıram. Daha sonra bazar günü yaxşı xallar alırıq. Ümid edirəm ki, sabah da hər şey yaxşı olar.

Bakı bizim üçün əlverişli tras deyil. Həmişə burada mühərrik dəyişərək, axırıncı yerdən başladıq. Ancaq bu il 4 yarış geridə qalsa da, hələ mühərrikdə heç bir detalı dəyişməmişik. Bu etibarlılıq bizə 22 xal gətirib.

Yarışda start çox vacib olacaq. Daha sonra görək nə qədər sarı bayraq və ya təhlükəsizlik maşını çıxacaq. Bütün fürsətlərə hazır olmalıyıq. Sabah xal qazanmaq mümkündür. Görək neçə xal olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 147
Teqlər , , , , ,
Paylaş

logo