D.Rikkardo: Böyük addım atmamışıq

McLaren komandasının sürücüsü Daniel Rikkardo güclü olacaqlarına inanmır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Macarıstandakı cümə sərbəst yürüşlərində 5-ci olub.

Daniel Rikkardo: “Rəqiblərimi bilmirəm, amma biz cümə günü güclü idik. Ümid edirəm ki, iki sessiyada da güclü olmaq bizə bir şey verər. Poul üçün mübarizə aparacaq gücümüz yoxdur. Azarkeşlərə görə məyusam. Neqativ deyiləm, realistəm.

Məncə, yaxşı gün idi. Yaxşı başladıq. Şənbə günü üçün bolidi daha da yaxşılaşdırmağa çalışacağıq. Bəlkə də, bu tras bizim üçün daha uyğundur. Əminəm ki, bir addım atmışıq, amma böyük addım deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*