19 Avqust 2019, Bazar ertəsi - 10:07

D.Rikkardo cərimələnib

D.Rikkardo cərimələnib

Müəllif: Rauf Hacıyev, redaktor

19:54 - 28 Aprel, 2019

Renault komandasının sürücüsü Daniel Rikkardo yarışda arxa-arxaya gedib Kvyata çırpıldığı üçün İspaniya yarışının startında 3 yer itirəcək.

 

F-1.az xatırladır ki, avstraliyalı sürücü Bakı yarışında üçüncü döngəyə çatarkən Kvyata gec əylənərək hücum etmiş, amma bolidi ram edə bilməyərək, rusiyalı sürücü ilə bir yerdə tras xaricinə çıxmışdı. Lakin Rikkardo bolidi geriyə verərək, yarışa qayıtmaq istəyərəkən, sabiq komanda yoldaşına çırpılıb və hər iki sürücü də mübarizəni dayandırıb. FİA bu insidentə görə Rikkardoya İspaniya yarışının startında 3 yer itirmək cəzası verib. Bundan başqa 29 yaşlı sürücünün lisenziyasına 2 cərimə xalı yazılıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər , , , , , , ,
Paylaş

logo