Peres Rikkardonun qayıtmasından narahat deyil

F-1.az xəbər verir ki, Red bull-un meksikalı sürücüsü Serxio Peres Daniel Rikkardonun növbəti mövsüm üçün ehtiyat sürücü kimi komandaya dəvət olunmasından danışıb.

Serxio Peres: “Rikkardonun qayıdışından çox narahat deyiləm. Biz pilotlar onsuz da hər zaman çox təzyiq altındayıq. Şəxsən mənim üçün bu, heç nəyi dəyişməyəcək və hesab edirəm ki, komanda üçün Danielin gəlişi böyük nailiyyətdir. O, töhfə verəcək. Rikkardo əla oğlandır, padokda ən çox anlaşdığım insanlardan biridir. Odur ki, onun indi bizimlə olması çox gözəldir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*