İtaliya-2022: Yarış

Ev yarışında Ferrari 75, Pirelli isə 150 illiyini qeyd edib. Komanda kombinezonları və maşınların bir hissəsini sarıya boyayıb, təkər təchizatçısının isə sarı fonda qırmızı loqosu hər yeri bəzəyib.

F-1.az xatırladır ki, cümə günü sərbəst yürüşlərdə əvvəlcə Şarl Lekler, sonra isə Karlos Sayns hamını üstələyib. Dünən isə Maks Ferstappen ən yaxşı nəticəni göstərib. Sıralanma turunda monakolu sürücü poulun sahibi olmağı bacarıb.

Aleksandere Elbonun səhhət problemi Nik de Vrizə Formula1-də ilk dəfə yarışda iştirak etmək şansı yaradıb.

Motor dəyişikliklərinə görə 9 sürücü startda yer itirib.

Pirelli buraya Hard, Medium və Soft təkərlər rolunda orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Lekler, Rassell, Ferstappen, de Vriz və Okon yumşaq, qalanlar isə orta təkərlərlə start alıblar.

Cəzalar star düzümünü də maraqlı edib – yarışa ilk cərgədən Lekler və Rassell, ikinci cərgədən Norris və Rikkardo, üçüncü cərgədən Qasli və Alonso yarışa başlayıblar. Ferstappenin başlama mövqeyi isə 7 olub.

Lekler startda yerini qoruyub, Norris xeyli geriləyib. Bottas Maqnussenlə toqquşmadan sonra axırıncı yerə yuvarlanıb. Ferstappen əla startla elə ilk dövrədəcə üçüncü yerə qalxıb. 2-ci dövrədə ilk onluq: Lekler – Rassell – Ferstappen – Rikkardo – Qasli – Norris – Alonso – de Vriz – Çjou – Stroll.

Həmilton Şumaxeri keçsə də, alman sürücü yerini qaytarıb. Lakin Luis növbəti cəhdində uğurlu olub. Maks Rasselli keçmək üçün cəmi 5 dövrəyə ehtiyac duyub. Sayns Okonu, Fetteli və Strollu geridə qoyaraq ilk onluğa çatıb. Tsunoda da Latifini ötüb.

Peres 8-ci dövrədə erkən pit-stopdan sonuncu yerdə qayıdıb və sağ ön əyləcində tüstülənmə olub. Sayns de Vrizi də keçib. Okon Fettellə, Həmilton isə Tsunoda ilə mübarizədən qalib ayrılıb. Sayns Qaslini qabaqlayıb. Fettel motor güc itirdiyi üçün maşını kənara çəkib və VTM rejimi elan edilib. Yalnız Lekler təkərlərini dəyişdirib və trasa 3-cü qayıdıb. Tezliklə yaşıl bayraqlar peyda olub və mübarizə davam edib.

Sayns Rikkardo da geridə qoyub. Latifi pit-stopa yollanıb. Həmilton Strolla mübarizədən qalib ayrılıb. Maqnussen Latifi ilə mübarizədə tras hüdudlarını pozaraq önə keçib və mövqeyini geri qaytarmadığı üçün stüardlar tərəfindən 5 saniyəlik cəza alıb. Alonso 18-ci dövrədə Norris keçilib. 19-cu dövrədə Qasli, Çou və Stroll, 20-ci dövrədə Rikkardo, de Vriz, Okon və Tsunoda, 24-cü dövrədə isə Rassell təkərlərini dəyişib.

Peres Şumaxeri üstələyib. Maqnussen 25-ci dövrədə cəzasını da ödəyərək yeni təkərə keçib, ondan bir dövrə sonra isə Maks pit yoluna üz tutub. Çempionatın lideri əsas təqibçisindən 10 saniyə geridə mübarizəyə qayıdıb. Həmilton Alonsonu ötüb, Sayns yarışın son seqmenti üçün Soft təkərləri seçib.

Alonso 32-ci dövrədə soyutma sistemindəki problemlərə görə boksa gələrək mübarizəni dayandırıb. Sayns Peresi geridə qoyub, Lekler növbəti pit-stopuna yollanıb, Soft təkərlərlə Maksın 19 saniyə gerisində trasa qayıdıb. Həmilton, Şumaxer, Norris və Bottas təkər dəyişdirməyə dəvət ediliblər. 37-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Rassell – Sayns – Peres – Rikkardo – Həmilton – Qasli – Norris – de Vriz.

Həmilton Rikkardonu, Norris isə Qaslini keçib. Rikkardo komanda yoldaşı ilə mübarizəni də uduzub. Şarl Maksa çatmaq üçün tempini artırıb, lakin niderlandlı sürücü də vəziyyətə yaxşı nəzarət edib. Stroll əyləclər çox qızdığı üçün boksa gələrək yarışı dayandırıb.Şumaxer və Bottas Latifini geridə qoyublar.

Red Bull sürətli dövrəni Leklerdən almaq üçün Peresi Soft təkərlərə keçirib. Rikkardo 47-ci dövrədə güc qurğusunda yaranan problemə görə trasda dayanıb. TM trasa daxil olub, Rassell, Sayns, Norris, Ferstappen, Tsunoda, Lekler və Latifi dərhal təkərlərini dəyişiblər.

De Vriz Çjounun önündə anidən dayandığı üçün yarışdan sonra stüardlardan qınama cəzası alıb. Danielin maşınını qısa zamanda təxliyə etmək mümkün olmayıb və yarış TM arxasında başa çatıb.

Beləliklə, Maks Ferstappen ardıcıl 5-ci, mövsümdə 11-ci, karyerasında isə 31-ci qələbəsinə sevinib. Şarl Lekler və Corc Rassell podiumun növbəti pillələrində qərarlaşıblar. Nik de Vriz debüt yarışında xal qazanan 67-ci sürücü olub.

Mübarizə 3 həftə sonra Sinqapurda davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:20:27.511 2
2 16 Şarl Lekler Ferrari + 0:02.446 3
3 63 Corc Rassell Mercedes + 0:03.405 2
4 55 Karlos Sayns Ferrari + 0:05.061 2
5 44 Lyuis Həmilton Mercedes + 0:05.380 1
6 11 Serxio Peres Red Bull + 0:06.091 2
7 4 Lando Norris McLaren + 0:06.207 2
8 10 Pyer Qasli AlphaTauri + 0:06.396 1
9 34 9. Н.де Вриз Williams + 0:07.122 1
10 24 Quanyu Çjou Alfa Romeo + 0:07.910 1
11 31 Esteban Okon Alpine + 0:08.323 1
12 47 Mik Şumaxer Haas + 0:08.549 1
13 77 Valtteri Bottas Alfa Romeo +1 dövrə 1
14 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 2
15 6 Nikolas Latifi Williams +1 dövrə 2
16 20 Kevin Maqnussen Haas +1 dövrə 2

 

Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:24.030 (47-ci dövrə, 248.182 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Daniel Rikkardo McLaren 47 güc qurğusu
Ləns Stroll Aston Martin 41 əyləc
Fernando Alonso Alpine 33 soyutma sistemi
Sebastyan Fettel Aston Marin 13 güc qurğusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 335
2 16 Şarl Lekler Scuderia Ferrari 219
2 11 Serxio Peres Red Bull Racing 210
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 203
5 55 Karlos Sayns Scuderia Ferrari 187
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 168
7 4 Lando Norris McLaren Racing 88
8 31 Esteban Okon Alpine F1 Team 66
9 14 Fernando Alonso Alpine F1 Team 59
10 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
11 10 Pyer Qasli Scuderia AlphaTauri 22
12 10 Kevin Maqnussen Haas F1 Team 22
12 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 20
14 3 Daniel Rikkardo McLaren Racing 19
15 47 Mik Şumaxer Haas F1 Team 12
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
17 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 6
18 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 5
19 23 Aleksander Elbon Williams Racing 4
20 34 Nik de Vriz Williams Racing 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 545
2 Scuderia Ferrari Ferrari 406
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 371
4 Alpine F1 Team Renault 125
5 McLaren F1 Team Mercedes 107
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 52
6 Haas F1 Team Ferrari 34
8 Scuderia AlphaTauri Red Bull 33
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 25
10  Williams Racing Mercedes 6
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*