R.Braun: “Lekler Şumaxeri xatırladır”

Formula1-in idman direktoru Ross Braun son iki yarışı qazanmış Şarl Leklerə təriflər yağdırıb.

F-1.az xatırladır ki, monakolu sürücü Belçikadan sonra İtaliyada Mercedes sürücüləri ilə mübarizə apararaq, qalib gəlib. Lekler yarış ərzində Həmiltona qarşı sərt müdafiə olunub və Braun bu mübarizəni 2003-cü ilin Montsa yarışındakı Montoya-Şumaxer mübarizəsinə bənzədib: “Ferrari sürücüsü geri addım atmadı və qaydaların icazə verdiyi kimi limitdə sürdü. Böyük çempionlar həmişə belə olub və buna məcburdurlar. Spadan sonra inanılmaz həftəsonu keçirdi. Hər şeyi çox tez öyrənir və bu, təsiredicidir. Hər yarış inkişaf edir. Sonuncu dəfə Ferrari ilə Şumaxer 1996-cı ildə Spa və Montsa yarışlarını ardıcıl qazanmışdı. Bəlkə də, tarix təkrarlanar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*