Aston Martin çempionluq barədə düşünmür

Aston Martin komandasının yarış mühəndisi Tom MakKallou bildirib ki, 2023-cü ildə çempionluq şansları yoxdur.

F-1.az xatırladır ki, “yaşıllar” son mövsümdə pis performans göstəriblər və Mühəndislər Kubokunda 7-ci olublar.

Tom MakKallou: “Məncə, gələn il Dünya Çempionluğu uğrunda mübarizə aparmaq çətindir. Realist düşünsək, belə şeyin mümkünsüz olduğunu deyə bilərik. Bir yola çıxmışıq. Komanda olaraq təkmilləşirik və güclənirik. Fernando bizə kömək edəcək. O da realistdir və bizimlə yola çıxıb. Gələn il üç komanda ilə mübarizə apara bilsək, sevinərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*