M.Duqlas: “Alonso ilin sonunda karyerasını bitirəcək”

Hollivud ulduzlarından Maykl Duqlas inanır ki, Fernando Alonso 2017-ci ilin sonunda Formula1-dən gedəcək.

F-1.az xatırladır ki, məşhur kinoulduz Kanadada Fernando Alonsonun qonağı olmuşdu.

Bildiyiniz kimi, ispaniyalı sürücünün adı gələn il üçün Ferrari, Mercedes, Renault kimi komandalarla hallanır. Lakin, söz-söhbətlərə görə, Ferrari və Mercedes komandaları növbəti mövsümə də hazırkı sürücü heyəti ilə davam etmək istəyirlər. Belə olan halda ikiqat Dünya Çempionu üçün ən yaxşı alternativ Renauıt olacaq.

Maykl Duqlas: “Fernandonu sevirəm. O çox güclü sürücüdür. Məncə, 2017-ci il onun son mövsümü olacaq. Qərarının nə olduğunu bilmirəm, lakin, McLaren üçün çox güclü sürücüdür. Həm McLaren-dən, həm də Honda-dan çox şey gözlədiyim üçün məyus oluram. Fernandoya görə də məyus oluram. Mükəmməl sürücüdür. Sadəcə mənim üçün yox, bütün dünya üçün mükəmməl sürücüdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*