Rəsmən: McLaren gələn il heyətini dəyişməyəcək

McLaren komandası gələn il də Karlos Sayns və Lando Norris cütü ilə yarışacaq.

F-1.az xatırladır ki, hər iki sürücü Britaniya komandasına bu il gəlsə də, komandaya tez öyrəşiblər. McLaren hazırda Mühəndislər Kubokunda dördüncüdür və ən yaxın rəqibini 20 xal qabaqlayır. Uzun müddətdən sonra belə gözəl mövsüm keçirən “narıncılar” gələn il də bu heyəti qoruyacaqlar.

Qeyd edək ki, Sayns hazırda Sürücülər Çempionatında 7-ci, Norris isə 8-ci yerdədir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*