F.Alonso növbəti iki aya görə həyəcanlıdır

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, növbəti iki ay 2018-ci il mövsümü üçün vacib olacaq.

F-1.az xatırladır ki, McLaren komandası bu il Renault mühərriklərinə keçmiş və 2014-cü ildən sonra ilk dəfə açılış yarışında iki bolidlə birdən xal almışdı.

Fernando Alonso: “Öndəki 3 komandaya çatmaq üçün inkişaf etməliyik. Fərq böyükdür, amma bağlamaq bizdən asılıdır. Növbəti iki ay bizim üçün vacibdir. Çempionluq uğrunda olmasa belə, podiumlar üçün mübarizə aparmaq istəyirik.

Son 3 ildə ilk dəfə hər şey bizdən asılıdır. Bolidin potensialı var. Testlərdə enişli-yoxuşlu performans göstərdik. Avstraliyada da sıralanma turu istədiyimiz kimi keçmədi. Melburnda podiumdan iki pillə geridə qaldıq. Hər şey ola bilər. Əvvəl-axır podium fürsəti gələcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*