K.Sayns: Enişli-yoxuşlu mövsüm idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, 2022-ci il enişli-yoxuşlu keçib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk iki yarışında podiumlar qazanıb, 33 xal toplasa da, Avstraliya və İmola yarışlarının startında mübarizəni dayandırmış və ilk yarışlardan çempionluq uğrunda ağır yara almışdı. 28 yaşlı pilotun bütün mövsümü demək olar beçə keçmiş və o mövsümü 5-ci yerdə bağlamalı olmuşdu.

Karlos Sayns: “Bu mövsüm həm gözəl, həm də çətin anlarım oldu. Mövsümün əvvəlində ardıcıl iki yarışda mübarizəni vaxtından əvvəl dayandırdım. Sonra vəziyyət yaxşılaşdı. Ancaq Ostində pouldan başladığım yarışda qəza oldu və bolidin qazanmaq potensialı yox idi.

Enişli-yoxuşlu mövsüm idi. Ümid edirəm ki, növbəti mövsüm daha stabil olaram və hər şey yaxşı olar. Dünya Çempionluğu üçün stabillik lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*