K.Sayns: “Aradakı fərq zarafatyanadır”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, 2017-ci il mövsümündə ilk 3 komanda ilə orta qrup komandaları arasında dərin uçurum var.

F-1.az xatırladır ki, bu mövsüm Ferrari, Mercedes və Red Bull komandalarının öndə olması gözlənilirdi. Bu baş verdi, amma bu komandalarla orta qrup komandaları arasındakı fərq böyükdür.

Karlos Sayns: “Məncə, onlar fərqli kateqoriyadadırlar. Onlara fikir vermirəm, çünki onlara qarşı yarışa bilmirik. Bu, zarafat kimidir. Bu, bir az məyus edir, amma mən də o komandalardan birində olsaydım, bu vəziyyətdən narahat olmazdım. Aradakı 2.5 saniyə fərqdən həzz almıram. Lyuisin bundan həzz aldığına əmin deyiləm.

Bu fərq get-gedə böyüyəcək. Bundan narahatam. Onların pulu çox olduğu üçün fərq çoxalacaq. Renault kimi komandalar daha çox büdcə ilə arxadan yüksələcəklər. Amma Ceyms Kinin yaxşı işlər görəcəyini və güclü yeniliklər gətirəciyini düşünürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*