13 Dekabr 2018, Cümə axşamı - 03:25

D.Kvyat: “Formula1-də çətin traslar çox olmalıdır”

D.Kvyat: “Formula1-də çətin traslar çox olmalıdır”

Müəllif: Elçin Zodorov, redaktor

10:51 - 22 İyun, 2016

Bakı Şəhər Halqasının sürücülər üçün çətin olmasından razı qalan Toro Rosso komandasının pilotu Daniil Kvyat belə trasların təqvimdə çox olmasının tərəfdarıdır.

F-1.az xəbər verir ki, Bakıda texniki problem səbəbi ilə yarışı yarımçıq saxlamalı olan Kvyat belə çətin və səhvi bağışlamayan trasın təqvimdə olmasından məmnunluğunu dilə gətirib.

Daniil Kvyat: “Fikrimcə, belə traslarda cəsur olmalı və bütün bacarıqlarımızı nümayiş etdirməliyik. Limitlərdə sürüb ən çətin anlarda hücum edərkən bunun nəticələri ilə razılaşmalı olduğunuzu bilərək yarışmaq çox gözəldir. Düşünürəm ki, bütün müasir traslar arasında bu trasda daha çox olmaq istəyəcəyik. Təbii ki, mən daha çox şəhəriçi traslar olsun demirəm, amma Zandfort, Mucello və İmola kimi çətin trasları təqvimdə görmək istəyirəm. Belə traslar bizdən daha çox cəsurluq tələb edir.

Əbu Dabidə isə belə deyil. Biz orada maşını robot kimi idarə edirik. Orada mübarizə apararkən bəzən əyləci gec basırıq, bəzən təkərlərin çox yeyilməsinə səbəb oluruq və buna görə çox məyus oluruq. Amma orada trasdan çıxaraq qəzaya uğramaq təhlükəsi yoxdur”.

Bakıda qəzaya görə yox, asılqandakı problemə görə yarışı yarımçıq saxlamalı olan rus pilot bu məsələyə də toxunub: “Bilirsiniz, asılqanda problem çox da tez-tez baş vermir. Mən də divarla toqquşmaqdan zövq almadığıma görə maşını saxladım. Bizim mübarizə apardığımız idman belədir. Təhlükəlidir. Bakıdakı hadisə daha böyük təhlükələrə səbəb ola bilərdi, amma biz müqavilə bağlayarkən bütün bunların ola biləcəyini nəzərə alırıq”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 384
Teqlər , , , , ,
Paylaş

logo