M.Ferstappen STR11-i simulyatorda test edəcək

Toro Rosso-nun gənc sürücüsü Maks Ferstappen 2016-cı il bolidinin hazırlığını izləmək üçün bu həftə komandanın Faentzada yerləşən zavoduna gedib...

F-1.az xəbər verir ki, Ferstappen komanda yoldaşı Karlos Sayns ilə komandanın idarə heyəti ilə görüşüb. Hollandiyalı sürücü görüş barədə təəssüratlarını bildirib: “Onlar bizimlə bolid, təkmilləşmə, yeni detallar və hədəflərimiz barədə danışdılar. Çox şey danışdıq və hamısı həyəcanverici mövzular idi”.

Ferstappen gələn həftə 2016-cı il bolidini test etmək üçün Red Bull-un zavoduna gedəcək. 18 yaşlı sürücü bu barədə də danışıb: “Simulyator reallığa yaxındır, ona görə də ora mənə maraqlıdır. Amma əsl reallığı görmək üçün trasa çıxmalıyıq. Bir neçə aydır ki, fiziki cəhətdən çox işləyirəm. Ümid edirəm ki, yaxşı xallar alaram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*