M.Arrivabene: “Markionne narazı qaldı”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, yarışı izləməyə gələn Sercio Markionne komandanın Çindəki çıxışından narazı qalıb...

F-1.az xatırladır ki, Ferrari Mercedes AMG-nin tempinə cavab verə bilən bolid düzəltsə də, ilk 3 yarışda Niko Rosberqin gerisində qalıb. Çin yarışının ilk döngəsində Sebastyan Fettel və Kimi Rəykkönen insident yaşadıqdan sonra italyanların qələbə planları alt üst olub.

Arrivabene bildirib ki, yarışı komandanın boksundan izləyən Markionne nəticədən razı qalmayıb: “Avtoidmanı tanıyır və nəticədən razı deyildi. Nəticədən mən də razı deyiləm. Bəzən çox şey danışa bilərsiniz, amma iş elə gətirə bilər ki, əlinizdən heç nə gəlməz.

Komada bu mövzuda heç bir şey edə bilməzdi. Belə hadisələrlə üzləşəndə, vəziyyəti qəbul etməlisiniz. Ancaq Sercio da nəticədən narazı idi.

Əgər o nəticədən razı qalsaydı, mən öz-özümə “Bu əsl prezidentdir?” deyə soruşardım”.

Ferrari komandası 3 yarışdır ki, podium qazanır, amma Arrivabene podiumun ən üst pilləsində Mercedes AMG komandasını görməkdən bezib.

Mauritsio Arrivabene: “Podiumun hər pilləsindən istifadə etmişik, amma artıq bəsdir! Ən üst pillədə olmalıyıq.

Bu bəxtsizlikdir? Yaxşı bolidiniz olduğu vaxtda belə hadisələrin olması əsəblərimizi pozur. Ancaq biz işləməyə davam etməliyik. Əvvəl-axır, amma ümid edirəm ki, tez bir zamanda podiumun ən üst pilləsinə qalxacayıq.

Bolid olduqca yaxşıdır və bu gün göstərdik ki, mükəmməl strategiya ilə qalib gələ bilərik.

Ona görə də səhifəni çeviririk və yüksək əhval-rühiyyə ilə gələcəyə fokuslanırıq. Hələ orada deyilik, amma olmalıyıq.

Red Bull və ya digərləri barədə danışmaq istəmirəm. Ancaq bu gün hər şey axarında getsəydi, qazanmaq üçün əla şansımız olardı”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*