L.Həmilton: “Çempionluğu həmişəkindən çox istəyirəm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni mövsümdə çempionluğu həmişəkindən çox istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün Avsttaliyada ilk yarışına pouldan başlasa da, təkərlərə yaxşı nəzarət edə bilməmiş və erkən pit-stop etməli olmuşdu. Britaniyalı sürücü pit çıxışında Ferstappenin arxasında vaxt itirdiyi üçün yarışı ikinci yerdə bitirməli olmuşdu.

Lyuis Həmilton: “Son illərdə özümü yaxşı hiss edirəm və gözəl nəticələr də bunu dəstəkləyir. Bu mövsüm nəhayət ki, sıx bir mübarizənin içinə girəcəm və həyəcanlıyam. Ferrari çox güclü görünür və artıq yarışları qazanmaq əvvəlki kimi asan olmayacaq. Başımı aşağı salıb işimi görməyə davam edəcəm. Ümid edirəm ki, ilin yekununda qalib yenə də biz olarıq. Çempionluq üçün həmişəkindən daha çox istəkliyəm və əlimdən gələnin ən yaxşısını etməyə hazıram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*