Red Bull-da Loranın Mekisin işindən razıdırlar

Sky Sports-a müsahibəsində Red Bull-un korporativ layihələr üzrə icraçı direktoru Oliver Mintslaff komandanın rəhbəri vəzifəsində Loran Mekisin işindən razı qaldığını bildirib…

Oliver Minstlaff: “Racing Bulls=la bağlı görmüşdük ki, Loran öz işinin öhdəsindən əla gəlir, onun güclü lider və yaxşı texniki bazaya malik şəxs olduğunu bilirdik. Mekis insanları ruhlandırmağı və onları arxasınca aparmağı bacarır. Bizim üçün vacib idi ki, kadr dəyişiklikləri başa çatdıqdan sonra yenidən sıx bir komanda olaq.

Mekis belə bir istək ifadə etdi ki, gələcəyə baxaq və əlimizdə olan insanlara, son illərdə çempion maşınlarını hazırlayanlara güvənək – və onlar yenidən özlərinə inansınlar. Loran bu işin ekspertidir.

Bundan başqa, biz məsuliyyət bölgüsünü bir qədər ayırmaq istədik. Formula1 getdikcə daha da böyüyür və bütün istiqamətlərə, həm kommersiya sahəsinə, həm də yarışlara bir nəfərin cavabdeh olması ideyası bizi çox da qane etmirdi. Məhz buna görə dəyişikliklər etdik”.

,