Pyer Vaşe: “Öz güc qurğusuna sahib olmağınız böyük azadlıq və böyük məsuliyyət deməkdir. Həm də daha böyük potensial. Anlayırsınız ki, hər şey yalnız sizdən və qəbul etdiyiniz qərarlardan asılıdır. Hazırda isə biz bu yolun lap başlanğıcındayıq. Qarşıda hələ görüləsi çox iş var.
Şöbələr arasında əməkdaşlığın qurulması və komanda daxilində inteqrasiyanın təmin olunması vaxt tələb edib, çünki işə yanaşma bir qədər dəyişib.
Bu, hamı üçün öyrənmə prosesidir. Təbiət etibarilə mühərrik və şassi üzərində çalışan insanlar tamamilə fərqlidirlər. Şassinin hazırlanması üçün mühərrikin yaradılması ilə müqayisədə xeyli az vaxt lazımdır, buna görə də məsələlərə baxış və iş üsulları bizim müştəri olduğumuz dövrdəkindən fərqlənib.
Öz güc qurğumuzla bizim hələ araşdırmadığımız və istifadə etmədiyimiz xeyli çox imkan və perspektiv var. Ən başlıcası isə daha yaxşı nəticələr qazanmaq üçün potensial daha yüksəkdir, məhz buna görə biz bu yolu seçmişik”.





